Gələn həftə Azərbaycan və Aİ Brüsseldə Əməkdaşlıq Komitəsi çərçivəsində Yüksək səviyyəli görüş keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“27-28 fevral tarixlərində Brüsseldə Yüksək səviyyəli görüş keçiriləcək”, - agentliyin həmsöhbəti bildirib.
O, həmçinin qeyd edib ki, bu görüş çərçivəsində “Aİ-Azərbaycan arasında strateji tərəfdaşlığa dair yeni sazişin siyasi blokunun bəzi maddələri ilə bağlı danışıqların növbəti mərhələsinin keçirilməsi mümkündür”. **