İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti gələn həftə Çinə səfər edəcək. Bu barədə nazirlikdən məlumat verilir.
“25 fevral - 1 mart tarixində baş tutacaq səfər çərçivəsində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçiriləcək”, - nazirlikdən qeyd ediblər.
İclasda , ticarət və investisyalar, energetika, İKT, kənd təsərrüfatı, turizm, nəqliyyat və yükdaşımalar, texniki yardım, gənclər və idman, mədəniyyət, humanitar, qida təhlükəsizliyi və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinini müzakirəsi planlaşdırılır.
Səfər çərçivəsində həmçinin, Çinin rəsmi şəxslər və aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçiriləcək.
Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının altıncı iclası 2016-cı ilin avqust ayında Bakıda keçirilib. **
B.Rüstəmbəyov