İrriqasiya sistemləri və istixana komplekslərinin layihələndirilməsi bazarının fəal iştirakçısı olan «Smart Agro» QSC ləğv olunduğunu elan edib. Bu barədə “Vergilər” qəzetinin saytında məlumat verilir.
Bundan başqa, «Səma Ticarət Mərkəzi», «Star Treyd» və «BMP International Medical Group» şirkətləri də ləğv olunduqlarını elan ediblər.
Bu şirkətlərin kreditorları iki ay ərzində tələblərini Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, ev 1965-ci məhəllə ünvanına bildirə bilərlər.*
Ə.Məmmədov