Prezident İlham Əliyev “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq edib.
“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” Qanunun mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Bundan başqa, prezident İ.Əliyev “Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında” Sazişi, “Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” Sazişi və “Xəzəryanı dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” Sazişi təsdiq edib.
“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya 2018-ci il avqustun 12-də Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən imzalanıb.*
Ə.Məmmədov