Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişiklikləri təsdiq edib.
Dəyişiklikərə əsasən əmanətlərin tam sığortalanması 1 il – 4 mart 2020-ci il tarixinədək uzadılır.
Müvafiq dəyişikliklər bu gün dövlət başçısının saytında dərc olunub.
2016-cı il martın 4-dən sığorta sistemi əhalinin əmanətlərinin bütün həcminə (əvvəllər məbləği 30 min manata qədər olan əmanətlər sığortalanmış hesab olunurdu) şamil edilir. Yeganə şərt bundan ibarətdir ki, əmanət üzrə faiz Əmanətlərin Sığortalanması Fondunun (ADİF) müəyyən etdiyi limiti keçməməlidir. Buna müvafiq olaraq əhalinin milli valyutada illik faiz dərəcəsi 15%-dən, xarici valyutada isə 3%-dən çox olan əmanətləri sığortalanmır.
Əhalinin bank əmanətlərinin tam sığortalanmasının qüvvədə olma müddəti 3 il olmaqla 4 mart 2019-cu il tarixində başa çatmalı idi.
2018-ci ildə əhalinin bank əmanətləri 9,6% - 8 mlrd. 269,7 mln. manatadək artıb.*
R.Babayev