Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərdə HHM bölmələri döyüş atışları icra ediblər.
“Təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilən tapşırığa əsasən qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətləri məşq etdirilib”, - deyə məlumatda qeyd olunur.*
R.Babayev