“PriceWaterhouseCoppers” (PWC) şirkəti 2018-2020-ci illər ərzində “Azərkosmos”un maliyyə hesabatının beynəlxalq standartlar üzrə (BMHS) auditini keirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“Azərkosmos” 2018-2020-ci illər ərzində cəmiyyətin maliyyə hesabatının auditoru seçimi prosesini başa çatdırıb. “PWC” şirkəti qalib olub. Şirkət ilə müvafiq müqavilə imzalanıb”, - cəmiyyətdən qeyd olunub.
Seçim tender üsulu ilə keçirilib.
Müqavilənin dəyəri 143,96 min manatdır.
“PriceWaterhouseCoppers” (PWC) “Azərkosmos”un 2015-2017-ci illər ərzində maliyyə hesabatının auditini həyata keçirib.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.**
A.Əzizov