2019-cu ildə Azərbaycan Rusiyadan 1 mln.-a yaxın turist gözləyir. Bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.
“2018-ci ildə Azərbaycan 900 mindən bir qədər az rusiyalı turist qəbul edib, bu da 2017-ci ilin göstəricisindən 5% azdır. Cari ilin sonuna Rusiyadan turist axını 1 mln. nəfərə çatdırmağa dair planlar var”, - Rusiya Turizm Sənayesi İttifaqının məlumatına görə, F.Zenqstşmid Moskvada bildirib.
Onun sözlərinə görə, ötən il 2,8 mln. əcnəbi Azərbaycana səfər edib, bu da 2017-ci ilin göstəricisindən 6% çoxdur.
“Azərbaycanın Rusiya bazarında potensialı çox böyükdür, bu səbəbdən hər il ən azı 10% artım tamamilə realdır. Ümumilikdə səfər turizmi inkişaf edir, 2023-cü ilədək xarici turistlərin sayını 4 milyona çatdırmağı planlaşdırırıq”, - F.Zenqstşmid qeyd edib.
O vurğulayıb ki, Azərbaycanda çox sayda dəbdəbəli mehmanxanalar inşa olunub, kurortlar mühüm dərəcədə xidmətin keyfiyyətini yaxşılaşdırıb, eyni zamanda qiymətlər rəqabətə davamlı olaraq qalıb.
“Yazda paytaxtda dünya miqyaslı iki iri tədbir keçiriləcək – “Formula-1” Qran-pri və UEFA Avropa Liqasının final oyunu”. İndi Şahdağ və Tufandağ dağ-xizək kurortları qarla örtülüdür, mövsümün ən qızğın çağıdır”, - deyə F.Zenqstşmid əlavə edib ki, “dəniz kruizləri də turizm sahəsinin inkişafına təkan verə bilər”.
“Bu il “Pyotr Velikiy” gəmisi suya salınacaq. Gəmi Xəzər hövzəsi və Qara dəniz marşrutu ilə hərəkət edəcək. Hələlik kruiz seqmenti Azərbaycanın açılmayan potensialına aiddir və ölkə bu səyahət növünün inkişafında son dərəcə maraqlıdır”, - o vurğulayıb. **
R.Babayev