2019-cu ilin yanvar ayında Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri 2018-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 5,6% - 150,7 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin strukturunda 80,2% özəl sektorda fəaliyyət göstərən müəssisələrin payına düşüb.
Xidmətlərin 75,2%-nin istifadəçiləri fiziki şəxslər olub və onlara 113,3 mln. manatlıq xidmət göstərilib (artım 11,7% - İF-Az).
Bu dövrdə rabitə xidmətlərinin ümumi həcminin 44%-i və ya 66,3 mln. manat (azalma 4,8%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.*
N.Abbasova