2019-cu il ərzində Azərbaycanda iqtisadi inkişafın təminatı məqsədilə ciddi islahatlar həyata keçirilib. Bunu prezident İlham Əliyev deyib.
“2017-ci il Azərbaycan üçün iqtisadi sabitlik ili olub. Ötən il ciddi islahatlar keçirilib. 2019-cu il ərzində iqtisadi islahatlar davam etdiriləck və dərinləşdiriləcək. Bu gün islahatların dərinləşdirilməsi üçün əlverişli şərait var”, - İ.Əliyev bu gün iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirib.
Prezident qeyd edib ki, cari ilin yanvar ayında ÜDM-in artımı 3%-ə yaxın təşkil edib. “Bu, son 2-3 il ərzində ən yüksək göstəricidir və 2019-cu il ərzində iqtisadi artımın yüksək templərini gözləməyə əsas verir”, - o vurğulayıb.
İ.Əliyev bildirib ki, yanvarda qeyri-neft sənayesində artım 14%-ə yaxın təşkil edib, bu da “dünyada ən yüksək göstəricilərdən biridir”.
“Azərbaycanda iqtisadi və makroiqtisadi vəziyyət sabitdir. Milli valyutanın məzənnəsi də sabitdir, inflyasiya çox aşağı səviyyədədir. Bu, islahatların yaxşı nəticə verdiyini göstərir. 2019-cu il ərzində ciddi islahatlar irəliləyiş, əhalinin rifahının yaşılaşdırılması üçün şəraiti təmin edəcək”, - prezident bəyan edib.
2019-cu ildə Azərbaycan hökuməti ÜDM-in 3,6% səviyyəsində artımını gözləyir.
2018-ci ildə iqtisadi artım 1,4% təşkil edib. **
A.Əzizov