Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüşün yeri və tarixi hələ müəyyən edilməyib. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva məlumat verib.
«Hər iki ölkənin XİN başçılarının görüşü gündəmdədir. Bu məsələ ATƏT-in Minsk qrupu həmsədrlərinin bu yaxınlarda regiona səfəri zamanı da müzakirə olunub”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
L.Abdullayevanın sözlərinə görə, nazirlərin görüşünün dəqiq yeri və tarixi hələ müəyyən edilməyib.*
F.İsazadə