Rusiyanın Azərbaycandakı səfirliyinin baş müşaviri Artyom Barkov Bakı ilə Moskva arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanı qeyd edir.
“Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədə dəstəklənir. Bakı Rusiyadan nümayəndə heyəti ilə ənənəvi görüş yerinə çevrilib. Bu cür görüşlərin sıx keçirilməsi münasibətlərin müsbət tərəfə inkişafından xəbər verir”, - A.Barkov bu gün “Ümumi gələcəyin qurulması, ümumi keçmişin axtarışı və ümumi indinin inkişafı” mövzusunda Azərbaycan-Rusiya konfransında bildirib.
O, həmçinin Azərbaycanla Rusiya arasında parlamentlərarası əlaqələrin müsbət dinamikasını qeyd edib. “Biz Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün zaman tapırıq”, - Rusiyanın diplomatik missiyasının Bakıdakı nümayəndəsi qeyd edib.
“Bu günlər Azərbaycan Xocalıda soyqırım kimi qiymətləndiriklən qətliamın növbəti ildönümünü qeyd edir. Biz qardaşlarımızla onların kədərini bölüşürük və ümid edirik ki, bəşəriyyətə qarşı bu cür cinayətlər heç zaman təkrarlanmayacaq”, - Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya-Türkiyə İctimai Forumunun baş katibi Sergey Markov bildirib.
O cümlədən, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Xocalı soyqırımının çoxsaylı qurbanları ilə əlaqədar başsağlığını verib. “Bugünkü tədbir Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində keçirilir. Nümayəndəliyimiz Xocalı prospektində yerləşir və biz hamımız Azərbaycan xalqına dərin hüznlə başsağılığı veririk”, - o bildirib. **
R.Babayev