Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 40-cı sessiyasında iştirak etmək məqsədlə Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
“Səfər çərçivəsində E.Məmmmədyarovun bir sıra ikitərəfli görüşləri planlaşdırılır”, - məlumatda deyilir.
O cümlədən, nazir BMT İHŞ-nin sessiyasının yüksək səviyyəli seqmentində çıxış edəcək. **
F.İsazadə