Səhiyyə Nazirliyi ölkənin regionlarında xəstəxanaların zəruri tibbi avadanlıqlarla təchizatı üçün tədarükçülər seçir.
Seçim açıq tender metodu ilə və 3 lot üzrə keçirilir: lot 1 - Şəki Şəhər Psixiatriya Xəstəxanasının tibbi avadanlıqlarla təchizatı işləri; lot 2 - Gəncə Şəhər Psixiatriya Xəstəxanasının tibbi avadanlıqlarla təchizatı işləri; lot 3 - Qazax Rayon Mərkəzi Xəstəxanasının tibbi avadanlıqlarla təchizatı işləri.
Tenderdə iştirak haqqı hər bir lot üzrə 400 manatdır.
Tender təklifləri 17 aprel 2019-cu il tarixinədək qəbul olunur. Tender proseduru aprelin 18-də baş tutacaq.
Telefon: (012) 565 12 41.
Xəbər verildiyi kimi, 2018-ci ilin yayında Səhiyyə Nazirliyi Gəncə və Şəkidə psixiatriya xəstəxanalarının tikintisi haqqında müqavilələr bağlayıb.
«Rayonlararası İstehsalat Kombinatı» şirkəti ilə Gəncə Şəhər Psixiatriya Xəstəxanasının tikintisi haqqında 6 mln. 634,785 min manat dəyərində müqavilə bağlanıb. Şəki Şəhər Psixiatriya Xəstəxanasında tikinti işlərinin podratçısı «İnam YR İnşaat» MMC-dir (müqavilənin dəyəri 10 mln. 333,677 min manat təşkil edir).*
B.Rüstəmbəyov