Azərbaycan prezidenti İlham Əliyev Xocalı soyqırımını ХХ əsrin ən böyük cinayəti hesab edir.
“Bu, xalqımızın sağalmaz dərdidir, xalqımıza qarşı törədilən soyqırımıdır, ötən əsrin ən böyük cinayətidir”, - İ.Əliyev “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Xocalıda “yalnız Azərbaycan millətinə mənsub olduqlarına görə günahsız insanlar - qocalar, qadınlar və uşaqlar həlak olmuş, zərər çəkmişlər”.
“Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, həmişə xatırlayacaq. Bu, bizim yaddaşımızda həmişəlik qalacaq. Əsas odur ki, belə faciələr daha heç vaxt təkrar olunmasın. Daha heç vaxt heç bir xalqa qarşı belə dəhşətli soyqırımı hadisəsi, milli əlamətə görə qırğın törədilməsin”, - dövlət başçısı vurğulayıb.
İ.Əliyev qeyd edib ki, Azərbaycan dövləti, xalqı həlak olanların xatirəsini əziz tutur, yad edir. “Onların xatirəsi bizim üçün müqəddəsdir”, - o əlavə edib.
Prezident vurğulayıb ki, fevralın 26-na keçən gecə Xocalıda ölümdən “xilas olanlar həmişə bizim üçün fiziki zədələr, mənəvi yaralar alan, həmin qətliamı yaşayan insanlar kimi qalacaqlar”. “Biz bu adamların aqibətini yüngülləşdirmək üçün əlimizdən gələni edirik, dövlət onlara kömək edir və edəcək”, - İ.Əliyev bildirib. **
F.İsazadə