Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin sədr müavini İrina Rodnina bəyan edib ki, rusiyalıların əksəriyyətinin Xocalı soyqırımı barədə məlumatı yoxdur.
“Rusiyalıların 99%-ni Xocalı faciəsi barədə məlumatları yoxdur. Filmlər çəkmək, Xocalı haqqında kitablar nəşr etmək lazımdır”, - İ.Rodnina bu gün Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Xocalı facisəi barədə yalnız il yarım öncə xəbər tutub. “Bəli, bu dərddir. Ermənilər hücum ediblər, çoxlu problemlər meydana gəlib. Sovet İttifaqının süqutundan sonra hər ölkənin öz faciəsi var, bunu unutmaq olmaz”, - İ.Rodnina qeyd edib.
Siyasi Araşdırmalar İnstitutunun direktoru, Rusiya-Türkiyə İctimai Forumunun baş katibi Sergey Markov Xocalı soyqırımının törədilməsində günahkar olan şəxslərin layiqli cəza çəkəcəkərinə əminliyini ifadə edib.
“Nə üçün indiyədək Rusiyada Xocalı faciəsinə qiymət verilməyib? Ermənilərin maraqlarını müdafiə edən bəzi ictimai xadimlər Sumqayıt hadisələrinin tanınmasının tərəfdarlarıdır. Digərləri Xocalı faciəsinin soyqırım kimi tanınmasını istəyirlər”, - S.Markov vurğulayıb. **
R.Babayev