Azərbaycan Vergilər Nazirliyi «AZ Agromila» MMC-ni qeydiyyata alıb. Bu barədə “Vergilər” qəzetinin saytında məlumat verilir.
“2019-cu il 11 yanvar tarixində Vergilər Nazirliyi 400 min manat məbləğində nizamnamə kapitalı ilə «AZ Agromila» MMC-ni qeydiyyata alıb. Şirkətin rəsmi nümayəndəsi Türkiyə vətəndaşı Ramazan Qaraşahindir”, - saytda qeyd olunur.
«AZ Agromila» MMC Türkiyənin orqanik gübrə istehsalçısı “Agromila” şirkətinin törəmə müəssisəsidir. **
Ə.Məmmədov