Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 2019-cu il aprelin 1-dən artırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 50% artırılır.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
F.İsazadə