Naxçıvan Muxtar Respublikasında Naxçıvan Qarnizonu qoşunlarında komanda-qərargah təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Komanda-qərargah təlimində “Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə Naxçıvan Qarnizonu Qoşunlarının birgə fəaliyyəti” icra edilib, - məlumatda deyilir.
Məlumata görə, dövlət sərhədində real və potensial təhdidlərin dəf edilməsi, terrorçuların və qeyri-leqal miqrantların qeyri-qanuni fəaliyyətlərinin qarşısının alınması, sərhədboyu zonada əhalinin və mülkiyyətin qorunması məqsədilə birgə fəaliyyətlər məşq etdirilib. **
F.İsazadə