Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək ad günü münasibətilə təbrik edib.
“Fevralın 26-da İ.Əliyev R.T.Ərdoğana telefonla zəng edib. Dövlət başçısı Türkiyə prezidentini ad günü münasibətilə təbriklərini çatdırıb, yeni uğurlar və möhkəm cansağlığı arzulayıb”, - Azərbaycan prezidentinin Mətbuat Xidməti məlumat verir.
Öz növbəsində, R.Ərdoğan göstərilən diqqətə və təbrikə görə İ.Əliyevə təşəkkür edib.
“Eyni zamanda R.T.Ərdoğan Xocalı soyqırımı zamanı ermənilərin günahsız insanların qətlə yetirilməsini bir daha pisləyərək, bu faciə ilə bağlı İ.Əliyevə və Azərbaycan xalqına başsağlığı verib”, - məlumatda qeyd olunur.
Dövlət başçıları Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər. **
F.İsazadə