Azərbaycan Xarici İşlər Nazirliyi Polşa Respublikasının vətəndaşı, fotoqraf Karol Malolepşın adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarıb.
“K.Malolepşı XİN-ə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib. Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib”, - deyə XİN-in məlumatında qeyd olunur.
K.Malolepşı məktubunda Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini qeyd edib.
“Səfərinə görə üzr istəyən K.Malolepşı gələcəkdə Azərbaycana səfər etməsi üçün icazə verilməsini xahiş edib”, - deyə XİN qeyd edir.*
F.İsazadə