Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin artırılması haqqında sərəncamı 500 min nəfərə yaxın şəxsi əhatə edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Azərbaycan prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50% artırılması haqqında sərəncamına uyğun olaraq aprelin 1-dən 81,476 min nəfər ayda 33 manat, 415,281 min nəfər isə 60 manat alacaq”, - deyə məlumatda bildirilir.
Hazırda aylıq müavinətin məbləği müvafiq olaraq 22 manat və 40 manat təşkil edir.*
R.Babayev