Azərbaycan-Rusiya əlaqələrinin yüksələn xəttlə inkişafı iki ölkənin prezidentləri İlham Əliyev və Vladimir Putin arasında qarşılıqlı əlaqələrin yüksək səviyyəsi ilə şərtlənir. "Spravedlivaya Rossiya” Partiyasının Parlament Qrupunun sədr müavini, Dumanın Dövlət quruculuğu və qanunvericilik Komitəsinin sədr müavini Mixail Yemelyanov belə hesab edir.
“Anlamaq lazımdır ki, bu cür inkişafın təməli ölkələrimizin milli maraqlarını adekvat qiymətləndirən iki prezidentin şəxsiyyətləridir. Həm Azərbaycan, həm də Rusiya suveren dövlətlərdir, və həm Putin, həm Əliyev üçün ön planda suverenlik durur”, - M.Yemelyanov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, iki ölkə liderlərini birləşdirən cəhət, xüsusilə transmilli şirkətlərlə əməkdaşlıq məsələlərində İ.Əliyev və V.Putinin ilk növbədə milli maraqları üstün tutmasıdır. “Həm biz, həm Azərbaycan transmilli şirkətlərlə çalışırıq. Lakin, ilk növbədə, ölkədə qalacaq payın hissəsi vacibdir”, - deputat qeyd edib.
M.Yemelyanov əlavə edib ki, hazırda Azərbaycan-Avrasiya İqtisadi Birliyi formatında əməkdaşlığa dair məsləhətləşmələr aparılır. “Məndə olan məlumata görə, Azərbaycan-Avrasiya İqtisadi Birliyi formatında əməkdaşlığa dair məsləhətləşmələr aparılır. Bu, həm Azərbaycan, həm də Rusiya üçün müsbət hal ola bilər, çünki artıq iqtisadiyyatlarımız sıx təmasdadır. Bu səbəbdən, gömrük maneələrinin aradan qaldırılması, fitosanitar nəzarəti sahəsində siyasətin razılaşdırılması və s. qarşılıqlı ixrac və idxal əməliyyatlarını sadələşdirə bilərdi”, - o vurğulayıb.
M.Yemelyanovun müsahibəsinin tam mətni ilə http://interfax.az/view/758716 saytında tanış olmaq mümkündür. **
R.Babayev