Azərbaycan prezidenti “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər edib. Bu b arədə dövlət başçısının saytında məlumat verilir.
Dəyişikliklərə əsasən martın 1-dən Azərbaycanda əmək pensiyalarının minimum məbləği 160 manat təşkil edəcək.
Xəbər verildiyi kimi, fevarlın 19-da Milli Məclisin keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər qəbul edilib. Dəyişikliklərə əsasən əmək pensiyasının minimum məbləği 116 manatdan 160 manatadək artırılır.
Xəbər verildiyi kimi, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirmişdi ki, 9 min nəfərin pensiyasında 93% (75 manat), 26 min nəfərin pensiyasında 30% (37 manat), 74 min nəfərin pensiyasında 16% (27 manat) artım olacaq. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edəcək. **
B.Rüstəmbəyov