Azərbaycan prezidenti İlham Əliyev bu gün Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri İsmayil Berdiyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
İ.Berdiyev Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilib.
İ.Əliyevin müvafiq sərəncamı bu gün dövlət başçısının saytında dərc olunub.
Dünən Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni “Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərə görə” ordeni ilə təltif edib.
A.Paşazadə “konfessiyalararası sülh və razılığın möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə Qaraçay-Çərkəz Respublikasının ali dövlət mükafatına layiq görülüb. **
F.İsazadə