«AzerGold» QSC geoloji kəşfiyyat işlərinin aparılması üçün cihaz və materialların tədarükçüsünü seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə iştirak haqqı 150 manatdır.
Seçimdə lazımi peşəkarlığa, təcrübəyə, texniki və maliyyə imkanlarına, işçi qüvvəsinə, idarəetmə səriştəsinə və etibarlığa malik olan şirkətlər iştirak edə bilər.
Təkliflər 18 aprel saat 15:00-dək qəbul olunur.
Tender proseduru 19 aprel saat 15:00-da baş tutacaq.
Telefon: (+99412) 505-02-02 (daxili: 1108). Əlaqələndirici şəxs: Aygül Tağıyeva.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova