Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu 6-7 aprel tarixlərində İordaniyada keçiriləcək Dünya İqtisadi Forumunun Yaxın Şərq və Şimali Afrika üzrə tədbirinə dəvət etdi.
“B.Brende E.Məmmədyarovu 6-7 aprel tarixlərində İordaniyada keçiriləcək Dünya İqtisadi Forumunun Yaxın Şərq və Şimali Afrika üzrə tədbirinə dəvət etdi. Brende tədbir çərçivəsində Körfəz ölkələrinin xarici işlər nazirlərinin iştirak edəcəyi Avrasiya seqmentinin çox önəmli olduğunu diqqətə çatdırdı”, - Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Öz növbəsində, E.Məmmədyarov Azərbaycanın 2019-cu ilin oktyabr ayının 21-26-da Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 18-ci sammitinə ev sahibliyi edəcəyi barədə həmsöhbətini məlumatlandırdı. “Nazir Dünya İqtisadi Forumunun prezidentinə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan hazırkı danışıqlar prosesi barədə məlumat verdi”, - məlumatda qeyd olunur.
Həmsöhbətlər, həmçinin regional və qlobal gündəlikdə olan mövzular ətrafında fikir mübadiləsi aparıblar.
E.Məmmədyarov və B.Brende arasında görüş Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyası çərçivəsində baş tutub. **
F.İsazadə