Azərbaycan Qırğızıstandan 600 ton sınaq kartof alışını həyata keçirməyi planlaşdırır. Bu barədə Qırğızıstan mətbuatı məlumat verir.
“Bu günə ölkədə 66 min ton katof qalıb. Bu il qiymət yalnız bizdə aşağı deyil. Misal üçün, Qazaxıstanda və Pakistanda daqiymət yüksək deyil. Düşünürəm ki, yeni kartof çıxmadan köhnə məhsulun hamısını satacağıq. Mart aynda ixrac ilə bağlı problemi həll edəcəyik”, - Qırğızıstanın kənd təsərrüfatı naziri Nurbek Muraşev bildirib.
O məlumat verib ki, Özbəkistanla razılığa əsasən, on şirkətin nümayəndələri kartof alışı üçün Qırğızıstana səfərə gəliblər.
“Özbəkistan sahibklarları 5 min ton kartof almağa hazırdırlar. Bundan əlavə, Azərbaycan sınaq üçün 600 ton kartof almaq arzusunu ifadə edib”, - nazir vurğulayıb. **
B.Rüstəmbəyov