Martın 9-da Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Tehrana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“E.Məmmədyarov Tehranda Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara (İran) dəmir yolunun tikintisi, həmçinin Azərbaycan tərəfindən bu layihənin maliyyələşdirilməsi məsələlərini müzakirə edəcək”, - agentliyin həmsöhbəti bildirib.
Bundan əlavə, Bakı və Tehran ikitərəfli əməkdaşlığın inkişafı və regional qarşılıqlı əlaqələr məsələlərini müzakirə edəcək. **
F.İsazadə