2019-cu il martın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $57,7 mln.-a yaxın (cari məzənnə ilə) vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Silahlı Qüvvələrin Yardım Fonduna cari il martın 1-dək 97.647.955 AZN (cari məzənnə ilə $57,44 mln.), 213.577 ABŞ dolları, 15.736,0 avro və 5000,0 rubl vəsait daxil olub.”, - məlumatda bildirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.**
F.İsazadə