“Toyota Absheron Center” MMC “Bakı Sığorta” şirkətinin səhmdarı oldu.
MBNP-nin materiallarına əsasən, 2018-ci ilin oktyabr ayında “Toyota Absheron Center” “Bakı Sığorta”nın səhmlərinin alışı üzrə iki əqd həyata keçirib. Xüsusilə, “Toyota Absheron Center” şirkətə məxsus 1 mln. 101,24 min manat ümumi məbləğində 1449 səhmi alıb (bir əqd üzrə 400,52 min manat, ikinci üzrə - 700,72 min manat məbləğində səmlər alınıb). Şirkətin kapitalında payı 16,8255% təşkil edib.
Eyni zamanda, tənzimləyici bu sazişlər nəticəsində sığortaçının səhmdarlarının strukturunun necə dəyişdiyini qeyd etmir.
“Bakı Sığorta” şirkəti 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. 30 iyun 2018-ci il tarixinə şirkətin səhmdarları Bank Respublika (57,9785%), «Daimond Motors» MMC (9,375%), «Subaru Azerbaycan» MMC (9,375%), «YeniMotor» MMC (9,375%), fiziki şəxslər Murad Rəhimov (6,9653%), Behbud Nəcəfov (6,9312%) olub. Sığorta şirkətinin nizamnamə kapitalı 8 mln. 925 min 439,65 manata bərabər olub. **
A.Əzizov