Aprelin 18-19-da Bakıda kommunikasiya üzrə "Baltic Weekend" beynəlxalq forumu keçiriləcək. Bu barədə tədbirin saytında məlumat verilir.
“Forumun işində kommunikasiya bazarı (PR, reklam və marketinq sahəsində müətəxəssislər), hökumət, biznes və KİV nümayəndələr 100 artıq nümayəndə iştirak edəcək. Kommunikasiya bazarının transformasiyası, qlobal trendləır, qabaqcıl texnologiyalar və effektiv alətlər, həmçinin biznes üşün əsas çaöırışlar məsələləri müzakirə olunacaq”, - məlumatda qeyd edilir.
Forumda kommunikasiya sahəsində aparıcı müətəxəssislər və biznes cəmiyyətinin nümayəndələri – ictimaiyyətlə əlaqələr üzrə direktorlar, brend menecerlər, marketoloqlar və reklamçılar, iri Rusiya və xarici şirkətlərin top menecerləri, o cümlədən, hökuməti, media və müəyyən sahəyə aid assosiasiyaların nümayəndələri çıxış edəcək.
Forumun təşkilatçısı “SPN Communications” şirkətidir. **
N.Abbasova