2018-ci ildə Azərbaycanda yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 35,8 mln. manat sərf olunub ki, bu da 2017-ci illə müqayisədə 10,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2018-ci ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 35,8 mln. manat və ya 2017-ci illə müqayisədə 10,9% çox vəsait sərf olunub. Geoloji-kəşfiyyat işlərinə xərclənmiş vəsaitin 29,5 mln. manatı və ya 82,4%-i neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilib”, - deyə məlumatda bildirilir.
2017-ci illə müqayisədə ötən il əlvan metalların kəşfiyyatına 7,7%, qara metalların kəşfiyyatına 5%, radioaktiv metalların kəşfiyyatına 6,1%, hidrogeoloji işlərə 4,4%, nəcib metalların kəşfiyyatına 4,3%, regional geoloji-geofiziki işlərə 9,3% çox vəsait sərf edilib.*
N.Abbasova