Azərbaycan 2019-cu ilin yanvar ayında $138 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2018-ci ilin yanvar ayının göstəricisindən 12% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Hesabat ayı ərzində ixracın strukturunda əsas həcm xurma ($12,6 mln. – 2018-ci ilin yanvar ayı ilə müqayisədə azalma 6%), təmizlənmiş qoz ($12 mln. – artım 33,3%), çiyidli pambıq ($11,9 mln. - artım 83%), elektrik enerjisi ($11,1 mln. - artım 4,3 dəfə), pomidor ($10,5 mln. – artım 32,9%), qızıl ($9,7 mln. – azalma 43,6%), polietilen ($6,5 mln. – azalma 33%), metanol ($5,4 – 2018-ci ilin yanvar ayında ixrav c olunmayıb), alma ($5,2 mln. – artım 62,5%) payına düşüb.
Hesabat dövründə Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($46,3 mln. – artım 26,1%), Türkiyə ($25,2 mln. – artım 9%), İsveçrə ($9,8 mln. – azalma 45,2%), Gürcüstan ($13,6 mln. – artım 20,3%) və İran ($6,7 mln. – artım 4,3 dəfə) daxildir.
Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 33,6%-i RF-nin payına düşüb.
2018-ci ildə Azərbaycan $1 mlrd. 689 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib. **
B.Rüstəmbəyov