SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2019-cu ilin yanvar ayında dövlət sektorunda qeyri-neft məhsullarının ixracı üzrə liderliyini qoruyub saxlayıb.
Cari ilin yanvar ayında 18 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $77,911 mln. təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
"Yanvarın yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($14,8 mln.), özəl şirkətlər arasında isə “MTK Istehsalat Kommersiya” ($10,1 mln.) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - deyə məlumatda bildirilir.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına "Azərenerji" ($11,1 mln.), “Azəraliminium” MMC ($6,1 mln.), "AzerGold" QSC ($5,5 mln.), “Azərbaycan Hava Yolları” QSC ($2,1 mln.), “CTS-Agro” MMC ($1,6 mln.), “Azəripək” ($135 min), “Suraxanı Maşınqayırma zavodu törəmə” ASC ($76min) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında «TST Export» ($4,5 mln.), Azerbaijan International Mining Company ("Anglo Asian Mining Plc”nin törəməsi) - $4,3 mln, SOCAR Polymer ($4,2 mln.), "Garden Store" MMC ($2,9 mln.), World Trade ($2,5 mln.), Baku Steel Company MMC ($2,1 mln.), «RAM Beynəlxalq Nəqliyyat ve Ticarət» ($2,1 mln.), «Azhazelnut» MMC ($2 mın.), «Sun Food» MMC ($1,8 mln.).
Azərbaycan 2019-cu ilin yanvar ayında $138 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib.**
N.Abbasova