Azərbaycan prezidenti İlham Əliyev cümə günü Xəzərdə təhlüksəizlik sahəsində əməkdaşlığa dair saziş çərçivəsində bir sıra protokolların qüvvəyə minməsi haqqında fərmanlar imzalayıb.
Müvafiq sənədlər cümə günü dövlət başçısının saytında dərc olunub.
Xüsusilə, “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə”, “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə”, “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə” Protokolları təsdiq edib.
Prezident İ.Əliyev 22 fevral 2019-cu il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq edib. **
Ə.Məmmədov