2019-cu ilin yanvar ayında “Azexport.az” portalına ümumilikdə $91,7 mln. məbləğində ixrac sifarişi daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Bütövlükdə, 2018-ci il yanvarın 1-dən 2019-cu il fevralın 1-dək ixrac sifarişlərinin dəyəri $1 mlrd. 80,8 mln.-a çatıb.
Məlumatda bildirilir ki, yanvarda ən çox ixrac sifarişi soğan, fındıq, pambıq yağı, alma, pomidor, tikinti materialları, yumurta, şərab, konservlşdirilmiş ət olub.
2016-cı ilin dekbar ayında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azexport.az” portalını istifadəyə verib.**
B.Rüstəmbəyov