2019-cu ilin yanvar ayında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 88,3 mln. manatlıq əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2018-ci ilin yanvar ayı ilə müqayisədə əməliyyatların həcmi 11,5% azalıb.
Qeyd edək ki, 2018-ci ilin yekunları üzrə bu gösstərici 1 mlrd. 278,4 mln. manat təşkil edib, bu da 2017-ci ilin göstəricisindən 25% çoxdur.
Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar ayında Azərbaycana 191,6 min turist gəlib, bud a ötən ilin analoji dövrünün göstəricisindən 2,9% çoxdur.
Rusiyadan gələnlərin xüsusi çəkisi 29,4%, Gürcüstandan – 29,1%, Türkiyədən – 11,2%, İrandan – 5,4%, BƏƏ-dən – 4,5% təşkil edib.
Eyni zamanda, turistlərin 77,1%-ni kişilər, 28,9%-ni qadınlar təşkil edib. **
B.Rüstəmbəyov