Azərbaycan prezidenti İlham Əliyev Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən 5 mln. manat ayırmağı tapşırıb.
Vəsait dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsinə yönəldiləcək.
Qeyd olunan vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
İ.Əliyevin Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında sərəncamı cümə günü dövlət başçısının saytında dərc olunub. **
R.Babayev