Azərbaycan prezidenti İlham Əliyev 2018-ci il noyabrın 19-da Belarus ilə imzalanan bir sıra ikitərəfli sənədləri təsdiq edib
Azərbaycan prezidentinin fərmanlarının mətni cümə günü dövlət başçısının saytında dərc olunub.
Xüsusilə, Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Minsk şəhərində imzalanmış Saziş , Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Belarus Respublikasının Məhkəmə Ekspertizaları Dövlət Komitəsi arasında məhkəmə ekspertizası fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq olunub. **
R.Babayev