31 yanvar 2019-cu il tarixinə Azərbaycanda əhalinin bank əmanətləri 7 mlrd. 980,7 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
2018-ci ilin sonuna banklarda əhalinin əmanətləri 8 mlrd. 269,7 mln. manat məbləğində qiymətləndirilib. Beləliklə, 2019-cu ilin yanvar ayında əhalinin bank əmanətləri 3,5% azalıb.
2019-cu il yanvarın 31-nə əhalinin bank əmanətlərinin strukturunda müddətli əmanətlərin həcmi 5 mlrd. 50,1 mln. manat (2019-cu ilin yanvar ayı ərzində artım 0,4% - İF), tələbli əmanətlərin həcmi 2 mlrd. 480,6 mln. manat (azalma 11,1%) təşkil edib.
Yanvar ayının sonuna banklarda hüquqi şəxslərin depozitləri 10 mlrd. 566,7 mln. manat (yanvarda artım 2,5%) məbləğində olub.
Yanvar ayının sonuna banklarda əmanət və depozitlərin ümumi həcmi 18 mlrd. 547,4 mln. manat (azalma 0,2%) təşkil edib.**
Ə.Məmmədov