Azərbaycanda əsas borcun ümumi məbləğinin 900 mln. manatı keçən kreditlər restrukturizasiya prosesi altına düşür. Bunu birinci vitse-prezidentin köməkçisi Xalid Əhədov deyib.
“Prezident İham Əliyevin təşəbbüskarı olduğu fiziki şəxslərin problemli kreditlərinin restrukturizasiya prosesi əsas borcun ümumi məbləğinin 900 mln. manatı keçən kreditləri əhatə edəcək. Həmin kreditlər üzrə cərimələr və penya 700 mln. manat həcmində qiymətləndirilir”, - X.Əhədov REAL TV-nin efirində bildirib.
O əlavə edib ki, əhalinin problemli kreditlərinin həllinə dair tədbirlər haqqında fərman altına düşən kreditlər üzrə məhkəmə işlərinin sayı 311 min təşkil edir. **
Ə.Məmmədov