Hazırda Azərbaycan hökuməti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin vaxtı keçmiş kreditləri ilə bağlı problemlərin həlli məqsədilə proqram hazırlayır.
“2015-ci ildə milli valyutanın devalvasiyasından sonra Azərbaycan hökuməti bank sektorunu dəstəkləmək məqsədilə bir sıra tədbirlərin təşəbbüskarı olub. Birinci – fiziki şəxslərin əmanətlərinin tam sığortası sisteminin 3 il müddətində tətbiqi (hazırda daha bir il müddətinə uzadılıb, 4 mart 2020-ci ilədək – İF. İkinci – vətəndaşların həm xarici, həm də milli valyutada vaxtı keçmiş kreditləri ilə bağlı problemin həlli (bu cür əmanətlərin 95%-ni əhatə edəcək). Üçüncü – ölkə prezidentinin tapşırığına əsasən, dövlət strukturları tərəfindən (AMB, MBNP) sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin problemli kreditləri ilə əlaqədar məsələnin həlli üçün xüsusi proqram hazırlanır”, - S.Şərifov AzTV telekanalında “Günün nəbzi” verilişinin efirində bildirib.
Onun sözlərinə görə, biznes strukturların kreditləri üzrə vaxtın keçməsi probleminin həlli Azərbaycanın bank sektorunun sağlamlaşdırılması üçün yeni addımdır.
Eyni zamanda, nazir bu proqramın hələlik hazır olmaması səbəbindən reallaşdırılması üçün zəruri maliyyələşmənin həcmi barədə söz açmağın tez olduğunu hesab edir.
S.Şərifov əlavə edib ki, banklar kreditlər üzrə dərəcələri təkrar nəzərdən keçirməlidirlər. “Bizdə inflyasiya aşağı səviyyədədir – 3%-ə yaxındır. Eyni zamanda, kreditlər üzrə dərəcələr inflyasiyanın səviyyəsindən 4-5 dəfə çoxdur. Hesab edirəm ki, bu müəyyən suallar yaradır”, - nazir qeyd edib. **
A.Əzizov