Şənbə günü səhər saatlarında Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilir.
“Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub”, - məlumatda deyilir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
“İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanır”, - nazirlik bildirir. **
R.Babayev