Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev klassik və müasir Azərbaycan ədəbiyyatının xaricdə təbliğ etmək məqsədilə Füzuli Mərkəzi yaratmağı təklif edir.
“Füzuli Mərkəzi yaratsaydıq, ən azı böyük şəhərlərdə - Moskvada, İstanbulda, Tehranda, Avropa şəhərlərinin birində həm klassik və müasir Azərbaycan ədəbiyyatını, həm də Azərbaycan ədəbiyyatı vasitəsilə xalqımızın tarixini, bugünkü gününü, siyasətini təbliğ edərdik”, - A.Rzayev prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bildirib.
Onun sözlərinə görə, bu cür mərkəzlər İspaniya,Türkiyə, Almaniya və digər ölkələrdə fəsaliyyət göstərir.
“İspanların Servantes Mərkəzi var, o, bütün dünyada ispan ədəbiyyatını təbliğ edir. Almanların Höte Mərkəzi var, o da bütün dünyada alman ədəbiyyatını təbliğ edir. Türklərin Yunus Əmrə Mərkəzi var, o da həmin işi görür”, - A.Rzayev qeyd edib.**
R.Babayev