Azərbaycanda aprelin 1-dən 73 minə yaxın sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaq 150 manat məbləğində sosial müavinət alacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
“Azərbaycan prezidenti İlham Əliyevin 25 fevral 2019-cu il tarixli Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncamına əsasən, aprelin 1-dən 73 minə yaxın sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaq 150 manat məbləğində sosial müavinət alacaq”, - məlumatda deyilir.
Sərəncamda sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial müavinətlərin 82 manatdan 150 manata çatdırılması, həmçinin həmin uşaqlara qulluq edənlərin Azərbaycan prezidentinin 50 manat məbləğində aylıq təqaüd alacağı nəzərdə tutulur.
“Bununla da, aprelin 1-dən sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən vəsaitvə təqaüd formasında ümumilikdə 200 manat təşkil edəcək”, - nazirlikdən qeyd ediblər **
R.Babayev