Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İraqın xarici işlər nazirinin müavini Hazim Al-Yusifi ilə ikitərəfli əməkdaşlıq perspektivləri, habelə regional məsələləri müzakirə edib.
“İraqlı nazir müavini Azərbaycanda mühüm inkişafın müşahidə olunduğunu, təhlükəsizliyin və sabitliyin yüksək səviyyədə təmin olunduğunu, eləcə də mühüm infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırdı. H.Al-Yusifi E.Məmmədyarovu Bağdada səfərə dəvət etdi”, - XİN-in mətbuat xuidməti qeyd edir.
Abu-Dabidə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-ci sessiyası çərçivəsində keçirilən görüşdə iraqlı nazir müavini Bakı ilə Bağdad arasında olan münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluq hissi keçirtdiyini vurğuladı.
E.Məmmədyarov bir sıra sahələrdə, xüsusilə turizm və təhsil sahələrində əməkdaşlığın inkişafında nailiyyətlərin əldə olunduğunu xüsusilə qeyd etdi. **
R.Babayev