Azərbaycan prezidenti İlham Əliyev bazar günü Venesuela Bolivar Respublikasının Bakıda yeni təyin olunmuş səfiri Bernd Aleksander Bayerlin etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
O cümlədən, İ.Əliyev Ruanda Respublikasının səfiri Vilyams Nkurunziza və Tailand Krallığının səfiri Phantipha İamsudha Ekarohitin etimadnamələrini qəbul etdi. **
R.Babayev