"Baker Tilly Audit Azerbaycan” şirkəti “Sumqayıt Kimya Sənaye Parkı” (SKSP) MMC cəmiyyətin 2018-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditini keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“Baker Tilly Audit Azerbaycan” müvafiq seçimin qalibi olub. Fevralın 27-də şirkət ilə müqavilə imzalanıb”, - cəmiyyətdən qeyd ediblər.
Hazırda SKSP Azərbaycanda 4 sənaye parkının operatorudur - Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Balaxanı Sənaye Parkı.**
A.Əzizov