Prezident İlham Əliyev bu gün Səudiyyə Ərəbistanı Krallığı Baş İnvestisiya Agentliyinin sədri İbrahim bin Əbdülrəhman əl-Öməri qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
İbrahim bin Əbdülrəhman əl-Ömər, eyni zamanda, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında birgə iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədridir.
Qeyd edək ki, bu gün Bakıda Müştərək Komissiyanın 5-ci iclası keçirilir. Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, ticarət dövriyyəsinin həcminin artırılması, yanacaq-energetika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, informasiya-kommunikasiya texnologiyaları, məşğulluq, səhiyyə, mədəniyyət, turizm və təhsil sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib.*
F.İsazadə